Mobil versiya
“BakuBus”un neçə avtobusu sıradan çıxıb? - AÇIQLAMA
Tarix: 15-11-2019 | Saat: 12:06
Bölmə:Gündəm | çapa göndər

“BakuBus”un neçə avtobusu sıradan çıxıb? -




“İndiyə qədər heç bir “BakuBus” avtobusu sıradan çıxmayıb. Avtobuslarda problem yaranacağı təqdirdə təcili tədbir görülür və qısa müddətdə xəttə qaytarılır”.

Bunu Modern.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev bildirib.

““BakuBus” avtobuslarında problem yaranacağı təqdirdə reqlament tələblərinə uyğun onlara texniki yardım göstərilir. Hələ ki, heç bir avtobus sıradan çıxmayıb, hər biri normal qaydada xətdə işləyir. Yüngül texniki problemlər yarandığı təqdirdə onları aradan qaldırmaq mümkün olur. Avtobusların ehtiyyat hissəsi Azərbaycanda olmadığı üçün Fransadan gətirilir. Hər bir “BakuBus” avtobusuna vaxtında texniki qulluq göstərildiyi üçün avtobuslarda ciddi problemlər yaşanmır”.


Qeyd edəki ki, ilk dəfə “BakuBus” avtobusları Azərbaycana 2015-ci ildə I Avropa Oyunları ilə əlaqədar olaraq gətirilib. Ölkədə hazırda bu avtobusların sayı 300-dən çoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024