Mobil versiya
“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ
Tarix: 16-01-2019 | Saat: 12:32
Bölmə:Gündəm | çapa göndər

“Rəsulzadə ilə bağlı bu addım prezidentin siyasi iradəsinə qarşı olan davranışdır” - ETİRAZ



“Dörd il öncə Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünə qarşı sayğısızlıq məsələsini Milli Məclisdə hörmətli xalq şairimiz Sabir Rüstəmxanlı ilə birlikdə gündəmə gətirmişdik, ayrı-ayrı məmurlarla da bu mövzuda sərt mübahisələrimiz olmuşdu. Bu ərdəmsizliyi edənlər az sonra öz yanlışlarını anlayaraq, torbanı büstün üzərindən götürdülər. İndi isə yeni bir ədəbsizliyə imza atmaq istəyənlər tapılıb, Novxanıda Məhəmməd Əmin Rəsulzadənin ata evinin üzərindən xatirə barelyefini söküb aparıblar”.

Modern.az xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputatın sözlərinə görə, barelyefin hansı motivlə aparıldığı araşdırılandan sonra fakta qiymət verilməsi zəruri yaranacaq:

“Əgər bunu kimlərsə siyasi xarakterli bir linç əməliyyatı olaraq düşünmüşlərsə, bu, eyni zamanda Rəsulzadənin 130 illik yubiliyeyini xüsusi sərəncamla dövlət tədbiri kimi keçirmiş ölkə prezidentinin siyasi iradəsinə qarşı olan bir davranış sayılmalıdır. Əminəm ki, ölkəmizin hüquq-mühafizə orqanları milli dövlətimizin qurucusunun xatirəsinə qarşı göstərilən bu sayğısızlığın ciddi şəkildə araşdırılmasını təmin edəcəklər. Bununla belə, düşünürəm ki, bu kimi hadisələr içimizdə ciddi narahatçılıq yaratsa da, təsəlli üçün də düşünəcəyimiz bir şeylər var. Məhəmməd Əmin bəy kimi dahilərin yaşamasını, çalışmasını ehtiva edən xatirə obyektləri nisbi mahiyyət daşıyır. Bu gün Bakının köhnə Sovetski adlanan yaşayış yerində və başqa mərkəzi məkanlarda yüzlərlə ev abadlaşdıma məqsədi ilə söküldü və bunların içində vaxtilə tanınmış Azərbayan övladlarının yaşayıb- yaratdığı evlər də oldu. Yəni xeyli barelyefləri asmaq üçün artıq real evlər qalmadı. Bu anlaşılan bir durumdur, ancaq Novxanıda durub-durub da bareleyfin çıxarılmasının izahını tapmaq xeyli müşkül məsələ olacaq. Bir də Azərbaycan tarixində elə şəxsiyyətlər var ki, onların evi Novxanıda köhnə bir ata ocağı ilə məhdudlaşmır, bütün Azərbaycanın adı çəkilən hər məkanda olan evlər, ocaqlar onların Vətən evi, Vətən ocağı sayılır. Narahat olmamağa əsasımız budur ki, Məhəmməd Əmin bəyin qəlbimizin içindən asılmış bareleyfini oğurlamaq isə yüz ildir kimsəyə nəsib olmur və olmayacaq da...”.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024