Mobil versiya
“Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi
Tarix: 24-11-2017 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər

“Şərq Tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi


Bu gün Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində birgə bəyannamə qəbul edilib.

AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Mayya Kosyançiç "Tvitter" səhifəsində yazıb.

Qeyd edək ki, bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti öz işinə başlayıb.

Sammitdə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan digər ölkələrdən Azərbaycanı prezident İlham Əliyev, Ermənistanı prezident Serj Sarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

“Şərq Tərəfdaşlığı” proqramı 2009-cu ildə yaradılıb. Proqramın əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna arasında əlaqələri dərinləşdirməkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024