Mobil versiya
Millət vəkili şirkətini satdı
Tarix: 04-11-2016 | Saat: 13:32
Bölmə:Manşet | çapa göndər



Milli Məclisini deputatı, tanınmış iş adamı Cavanşir Feyziyev "Avromed”din təsisçiliyindən imtina edib və səhmlərini satıb.

Millət vəkili səhmlərini satandan sonra şirkətin hüquqi statusu da dəşyişib.

Belə ki, şirkət MMC-dən Qapalı Səhmdar Cəmiyyətə çevrilib.

Deputat məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, "Avromed” 2002-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə "Avromed” şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024