Mobil versiya
""Formula 1" yarışları normal davam edir, heç bir problem yoxdur"
Tarix: 19-06-2016, 13:26 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

""Formula 1" yarışları normal davam edir, heç bir problem yoxdur"






Hazırda "Formula 1" yarışları normal şəkildə davam edir, hələ ki, heç bir problem ortaya çıxmayıb.
Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, yarışın əvvəlki mərhələləri uğurla baş tutub: "Bilirsiniz ki, dünən təsnifat mərhələsi və sıralama turu idi, ondan əvvəl də test yürüşləri idi. Bu gün isə artıq "Formula 1" yarışına start verilir. Hazırda yarış normal şəkildə davam edir, heç bir problem yoxdur".

N.Arpadarai vurğulayıb ki, pilotlar hər şeydən razıdırlar: "Bu gün qaliblər müəyyən olunacaq və mükafatlandırma mərasimi keçiriləcək.

O bildirib ki, "Formula 1" şəhərciyində də əyləncə proqramları davam edir: "Artıq Kris Braun və Enrike İqlesiasın konsertləri baş tutub. Bu gün isə Farrel Uilyamsın konserti keçiriləcək".

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.


aia.az



5557 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30