Mobil versiya
Çılpaq müştəriləri qəbul edən restoran fəaliyyətə başladı – FOTO
Tarix: 13-06-2016 | Saat: 10:39
Bölmə:Media | çapa göndər




Aia.az anspress-ə istinadən bildirir ki, artıq restoranın xidmətlərindən yararlanmaq üçün 32 min müştəri qeydiyyatdan keçib.

Restoran təsisçilərinin sözlərinə görə, restoranın əsas ideyası qidaların təbii qəbuludur. Qonaqlara yeməklər ağac kötüyündən hazırlanmış oturacaqlarda, gildən hazırlanmış mətbəx əşyalarında təqdim olunacaq.

Restoranın özündə olduğu kimi, mətbəxdə də yalnız şam işığından istifadə olunacaq. Eləcə də yeməklər qaz-işıq olmadan hazırlanacaq.

Restorana daxil olmaq istəyən qonaqlara paltarlarını çıxararaq mobil telefonları ilə birlikdə xüsusi dolablara qoymaq təklif edilir. Restoran işçisinin sözlərinə görə, qonaqlara yarıçılpaq vəziyyətdə xidmət göstəriləcək.

Bənzər restoran ABŞ-ın Mayami şəhərində açılıb. Bir yapon restoranı öz müştərilərinə çox qeyri-adi xidmət göstərir. “Kung Fu Kitchen & Sushi” restoranının işçiləri müştərilərinə suşini boşqab əvəzinə lüt restoran işçilərinin üzərində təqdim edirlər. Bu xidmətin qiyməti 500 dollardır. Restoran indiyə kimi 3 “lüt suşi” məclisi keçirib.

Əvvəllər restoran bunun üçün model agentliyində işləyən manikenlərdən istifadə etmək istəsə də restoran işçiləri bu işi özləri görmək istədiklərini bildiriblər. Hətta “lüt suşi” məclislərindən birində müştərilər suşinin kişi model üzərində hazırlanmasını istəyiblər. Bunun üçün restorandakı aşpazların birindən istifadə edilib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024