Mobil versiya
Krediti olanlara xoş xəbər
Tarix: 10-05-2016, 11:51 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Krediti olanlara xoş xəbər


"On min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlı bildirib ki, Milli Məclisdə bu məsələyə baxılmasından xəbərsizdir. "Ancaq palataya bu barədə müraciət daxil olsa bu məsələyə baxıla bilər".

O, həmçinin deyib ki, Azərbaycanda bəzi istisnalarla xarici valyutada kreditlərin verilməməsi ilə bağlı tələblər qüvvədə qalır. R.Aslanlının sözlərinə görə, İslam bankçılığının Azərbaycanda tətbiqinin mümkün olmaması ilə bağlı onun adından yayılmış fikirlər KİV-lərin özünə məxsusdur.

Bununla yanaşı Palatanın başçısı ipoteka kreditləşməsi sahəsində yeniliklərin olacağını da vurğulayıb. O, deyib ki, prezident İpoteka Fondunun yenidən formalaşması ilə bağlı xüsusi tapşırığı var və tezliklə qərar qərar açıqlanacaq.

Aia.az



5780 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031