Mobil versiya
Əsgərliyə getməmək üçün intihar etdi (FOTO)
Tarix: 19-07-2015, 18:11 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet2 / Karusel | çapa göndər

Əsgərliyə getməmək üçün intihar etdi (FOTO)
Əvvəlcə razılaşan gənc ailə başçısı sonra qəfildən qaçıb özünü beşinci mərtəbədən atıb.
Türkiyənin Samsun şəhərində gənc ailə başçısı əsgərliyə getməmək üçün intihar edib. Özünü beşinci mərtəbədən atan adam xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

ANS PRESS-in məlumatına görə, 26 yaşlı Vedat Sevindik adlı gənc 6 ay əvvəl Nurbanu adlı qadınla ailə qurub. Ərzurumda inşaat şirkətində mühəndis işləyən Vedat bayram tətili zamanı həyat yoldaşı ilə Samsuna gəlib. Burada qaldıqları müddətdə onun həyat yoldaşı və qayınatası ilə əsgərliyə getmək haqqında söhbət edərkən mübahisə etməyə başlayıblar.


Vedat və Nurbanu Sevindik cütlüyü

Sorğu zamanı Nurbanu Sevindik Vedatın şəxsi işini qurmaq istədiyini deyib. "Mən və atam isə "əvvəlcə əsgərliyə get, sonra iş yeri açarsan" dedik. Vedat əvvəlcə razılaşdı. Sonra qəfildən əlləri ilə başını tutaraq evdə qaçmağa başladı. Qəfildən qapısı açıq eyvana tərəf qaçdı və özünü 5-ci mərtəbədən atdı", - deyən həyat yoldaşı polisə hələ də nə olduğunu anlamadığını bildirib.



5474 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031