Mobil versiya
Ulu öndərin ən etibar etdiyi general
Tarix: 20-04-2016 | Saat: 12:35
Bölmə:Manşet | çapa göndər

Ulu öndərin ən etibar etdiyi general




1918-ci ildən bəri Azərbaycanın daxili işlər naziri postunu, Ramil Usubov da daxil olmaqla, 27 nəfər tutub. Onların çoxu postlarında az müddət işləyib. Nazir kürsüsündə uzun müddət oturanlar arasında Ramil Usubovu çıxmaqla ən böyük göstərici Stepan Yemelyanova (1 avqust 1929 – 5 fevral 1941) məxsusdur: təxminən 13 il.

Ağasəlim Atakişiyev 10 ilədək (10 iyul 1943 – 6 iyun 1953), Arif Heydərov (19 mart 1970 – 20 iyul 1978) və Cəfər Vəliyev (4 noyabr 1978 – 6 aprel 1987) 8 ildən bir qədər artıq, Mircəfər Bağırov (5 oktyabr 1921 – 22 may 1927) 6 ilədək, Məmməd Əlizadə (5 yanvar 1965 – 19 mart 1970) 5 ildən bir qədər çox, Xəlil Məmmədov (3 noyabr 1960 – 5 yanvar 1965) 5 ilədək nazir olublar.

Ramil Usubov 1994-cü il aprelin 29-da daxili işlər naziri təyin olunub.

1948-ci ildə Xocalıda anadan olan Ramil Usubov 1973-cü ildə Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir.

1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı Şəhər-Rayon Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb.

1987-1989 və 1993-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olub.

1989-1991-ci illərdə Daxili İşlər Nazirliyi Cinayət-Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

1994-cü ildə general-mayor, 1995-ci ildə general-leytenant, 2002-ci ildə general-polkovnik hərbi rütbəsi alıb.

1998-ci ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycanda sabitliyin qorunmasında polisin əvəzsiz xidmətləri var. Bu gün ölkə əhalisinin təhlükəsizliyinin əsas qarantı Daxili İşlər Nazirliyidir desək yanılmarıq. Bu sistemin inkişafı, nailiyyətlər göz önündədir. Təbii ki, bu da səbəbsiz deyil. Hər hansı bir qurumun səmərəli, effektiv fəaliyyətinin qurulması bilavasitə ona rəhbərlik edən şəxsdən asılıdır.
Daxili işlər naziri Ramil Usubovun peşəkar polis naziri olmasının nəticəsidir ki, bu gün ölkə vətəndaşlarının ən az şikayət etdiyi sistem polis sistemidir. Digər hüquq-mühafizə orqanları ilə müqayisədə daxili işlər orqanlarında insanların problemlərinə daha operativ yanaşılır, şikayətlərə dərhal reaksiya verilir. Təbii ki, bütün bunlarda Ramil Usubovun xidmətləri danılmazdır.

O, sözün əsl mənasında yerində olan nazirdir. Ramil Usubovun qiymətini zamanında ümummilli liderimiz Heydər Əliyev verib. Hələ illər öncə bəzi mətbuat orqanları hansısa səbəbdən daxili işlər nazirinə haqlı-haqsız tənqidlər yağdıranda, bəzən ona böhtan atanda Heydər Əliyev onun sadiq bir general olduğunu, nə qədər prezidentdirsə, onunla işləyəcəyini demişdi. Bəlkə də bu dəyərdən sonra başqalarının başı gicəllənərdi. Amma Ramil Usubov bu qiymətləndirmədən sonra daha ciddi fəaliyyət proqramları həyata keçirməyə başladı. Daxili işlər orqanlarında davamlı olaraq islahatlar həyata keçirilir, idarələrin, şöbələrin fəaliyyətinin daha səmərəli qurulması yönündə intensiz addımlar atılır.

Bütün bunların nəticəsində Azərbaycanda kriminogen durum tamamilə nəzarət altındadır. Nazirin gördüyü işlər nəticəsində ölkədə cinayətkarlığa qarşı mübarizə, ictimai sabitliyin qorunması dönməz prosesdir. Azərbaycan indiyə qədər cinayətkarlıqla mübarizə sahəsində MDB məkanında öz öncül yerini bu sahədə də qoruyub saxlayıb. Ölkə prezidenti cənab İlham Əliyev də polisin fəaliyyətinə daim nəzarət edir, tələbkarlıq və eyni zamanda daimi qayğı, diqqət göstərir.

Onu da qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan polisi daha da müasirləşib, daha operativ fəaliyyət göstərməyə başlayıb. Bu da ondan irəli gəlir ki, daxili işlər orqanları ən müasir texniki vasitələrlə təmin olunub. Polisin sosial müdafiəsinin gücləndirilməsi üçün prezident tərəfindən bir neçə dəfə məvaciblərinin qaldırılması, iş yerlərində şəraitin yaxşılaşdırılması, həmçinin texniki vasitələrin müasir tələblərə cavab verməsi baxımından mühüm tədbirlər həyata keçirilib.

Nazir Ramil Usubovun göstərişi ilə yol polisi sistemində də kifayət qədər irəliləyişlə nail olunub. Bu gün hər hansı bir sürücü nahaq yerə incidildiyini, ondan rüşvət tələb edildiyini iddia edə bilmir. Təbii ki, qanun-qaydaları pozan şəxslər haqqında da ciddi ölçülər götürülür.

Habelə “102” xidmətinin yaradılması və bura edilən müraciətlərə birbaşa nazir səviyyəsində nəzarət edilməsi də vətəndaşların mənafeyi, təhlükəsizliyinin qorunması baxımından çox faydalı bir işdir.

Son vaxtlar daxili işlər naziri polis strukturlarının fəaliyyətinin daha da gücləndirilməsi üçün ən müxtəlif addımlar atır. Onun bir neçə gün öncə kollegiya iclası keçirib polisin fəaliyyətinin daha da gücləndirilməsi yönündə verdiyi göstərişlər, Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi fikirlər buna əyani sübutdur. R.Usubov Daxili Qoşunların 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, Daxili Qoşunlar hesabat dövründə ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanıb, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyib, uğurlarını və döyüş hazırlığını daim artırıb. Nazir bu gün Daxili Qoşunların döyüşə hazır olduğunu bildirib…

Məhz Ramil Usubovun uğurlu fəaliyyətinin nəticəsidir ki, ötənlərdə Azərbaycan polisinin imicinə dəyən zərbələr aradan qalxıb. Polis bu gün vətəndaşın güvən yerinə çevrilib.

Düzdür, bəzən yerlərdə, bölmə rəisləri səviyyəsində, yaxud da hansısa bir polis məmurunun peşəkarlığının zəif olması səbəbindən müəyyən iradlara rast gəlinir. Amma cənab Usubov bu haqda məlumat daxil olan kimi onların cəzalandırılması baş verir. Çünki hansısa bir polis əməkdaşının öz mənafeyi naminə atdığı addımlar bütövlükdə polisə başucalığı gətirməyə bilər. Bu isə Ramil Usubovun apardığı kadr siyasətinə, illərdir çəkdiyi əziyyətə kölgə salmaq cəhdidir. Təbii ki, belələri mütləq cəzalandırılır.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə də çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.
Məsələn, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeni ilə təltif olunub. Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.Prezidentimizə, Dövlətimizə sarsılmaz sədaqəti ilə daim seçilənlərdən olan, Bütöv Azərbaycanımızı, Qarabağımızı canından artıq sevən, hamımızın güvəndiyimiz hörmətli generalımıza, möhkəm cansağlığı, Dövlətimiz, Vətənimiz naminə çətin və məsulliyyətli peşəsində uğurlar, yeni-yeni başarılar diləyirik.

Teylor Fətişoğlu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024