Mobil versiya
Taxta sexində partlayış - Yaralanan var
Tarix: 11-04-2016 | Saat: 15:50
Bölmə:Cəmiyyət | çapa göndər

Taxta sexində partlayış - Yaralanan var







Bu gün Şəmkir rayonu, Yeni Həyat kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan taxta yeşiklərin emalı sexinin ərazisində sahəsi 50 kv.m olan gözətçi otağında yanğınla nəticələnən partlayış baş verib.

“AİA.az” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, partlayış zamanı otağın qapı-pəncərə çərçivələri, lambirindən ibarət tavan dağılmış və otağın yanar konstruksiyaları yanıb.

Partlayış zamanı 1 nəfər yanıq xəsarəti alıb. Gözətçi otağın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024