Mobil versiya
Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı
Tarix: 17-03-2016, 11:12 | Saat: 15:47:00
Bölmə:Hadisə / Manşet2 / Karusel | çapa göndər

Bakıda yoxa çıxan 25 yaşlı gəlin tapıldı

Bakıda 7 ay əvvəl itkin düşən 25 yaşlı qadın tapılıb.

Aia.az bildirir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya deyilib ki, 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən gecə paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib. Polisdən qeyd olunub ki, X. Sadıqovanın tapılmasında ötən gün onun itkin düşməsi barədə xəbər saytlarında və sosial şəbəkələrdə verilmiş elan xüsusi rol oynayıb. Bu elanı görən X. Sadıqovanı tanıyanlar dərhal polisə zəng edərək onun yerini deyiblər.

Qeyd edək ki, Xətai rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib. Evdən gedərkən o, özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri olmadığı üçün babası uşağı orta məktəbə də düzəldə bilməyib.



5665 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30