Mobil versiya
Polis serjantı Bakıda zəncirvari qəzaya səbəb oldu - FOTO
Tarix: 16-03-2016 | Saat: 14:05
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Aia.az APA-ya istinadən bildirir ki, rayonun N. Rəfiyev küçəsində Ümid Əzimovun idarə etdiyi 90 SM 582 dövlət nömrə nişanlı "Ford" markalı avtomobillə 90 AL 878 dövlət nömrə nişanlı "Hyundai" və 90 -UJ -170 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin dediyinə görə, qəzanın baş verməsinə "Hyundai" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. "Hyundai" markalı avtomobilin sürücüsü polis serjantı olub.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024