Mobil versiya
Oğru: Bunu televizora verməyin, iş tapa bilməyəcəm – VİDEO
Tarix: 11-03-2016, 13:08 | Saat: 15:47:00
Bölmə:Hadisə / Seçilənlər-3 / Manşet2 / Karusel | çapa göndər

“Peşmanam”.
Oğru: Bunu televizora verməyin, iş tapa bilməyəcəm – VİDEO
Bakıda uşaq evlərinin birində böyüyən 22 yaşlı gənc Tovuzda oğurluq edib.

Aia.az Region TV-yə istinadən xəbər verir ki, Şəmkir və Tovuz rayonlarında müxtəlif vaxtlarda çobanlıq edən Səddam Şəbiyev işlədiyi Tahir Rəhimova məxsus fermadan 56 baş xırdabuynuzlu heyvan oğurlayıb.

Ələ keçirdiyi heyvanları Şəmkir rayonun Çənlibel kəndinə aparan Səddam onlardan yalnız bir neçəsini Gədəbəy rayonunda satmağa müvəffəq olub.

Oğurluq heyvanların qalan hissəsinin xeyrini götürməyə Tovuz polisi imkan verməyib.

Peşman olduğunu bildirən Səddam Şəbiyev cinayət əməlini ferma sahibinin onun məvacibindən 87 manat pul kəsdiyi üçün törətdiyini bildirib. Çəkiliş zamanı kameradan üzünü gizlədən gənc, gələcəkdə işə götürülməyəcəyindən də narahatdır.

Saxlanılan şəxs:

“Sözüm yoxdur. Peşmanam, etməməliydim. Xahiş edirəm, bunu televizora verməyin. Televizorda getsə, heç yerdə iş tapa bilməyəcəm”.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



5526 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031