Mobil versiya
Maaşlar yeni cədvəllə hesablanacaq
Tarix: 10-03-2016, 10:35 | Saat: 15:47:00
Bölmə:Gündəm / İqtisadiyyat / Manşet2 / Karusel | çapa göndər

Maaşlar yeni cədvəllə hesablanacaq

"Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları yeni Vahid Tarif Cədvəli ilə tənzimlənəcək.

Bununla əlaqədar Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2013-cü il 30 avqust tarixli qərarı ləğv edilib. Yeni qərar 2016-cı il 1 fevral tarixindən qüvvəyə minib.

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 116 , 121, 126, 132, 138, 144, 151, 158, 165, 172, 179, 187, 196, 201, 228, 267, 360, 486, 750 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.

AMEA, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən isə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dərəcələr üzrə müvafiq olaraq 145, 152, 159, 166, 173, 180, 188, 196, 206, 218, 230, 242, 254, 278, 304, 352, 450, 576, 795 manat aylıq tarif (vəzifə) maaşı müəyyən edilib.



5608 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-07-2019
12-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031