Mobil versiya
Porsche 911 modelinin hibrid versiyasının sınaqlarına başlayıb - FOTO
Tarix: 24-03-2020 | Saat: 20:34
Bölmə:Media | çapa göndər

Porsche 911 modelinin hibrid versiyasının sınaqlarına başlayıb - FOTO




Söylənilənlərə görə, Porsche şirkəti 911 idman avtomobilinin hibrid versiyası üzərində işə başlayıb. Baxmayaraq ki, belə bir modifikasiyanın buraxılması hələ də rəsmiləşdirilməyib, hibrid sportkarın prototipi artıq ictimai yollarda görülüb.

Aia.Az autograph.az-a istinadən bildirir ki, Porsche şirkətinin 911 Carrera modelinin hibrid versiyasını buraxacağı barədə söz-söhbətlər son illərdə vaxtaşırı olaraq peyda olurdu. Bu barədə məlumat şirkət nümayəndələri tərəfindən də təsdiqlənsə də, artıq işlər daha da irəli gedib - bu günlərdə hibrid sportkarın prototipinin ictimai yollarda sınaqlarına start verilib.

Markanın idarə heyətinin üzvü Mixael Ştayner Auto Express nəşrinə verdiyi müsahibədə idman avtomobil platformasının hibrid texnologiyaların tətbiqinə hazır olduğunu söyləyib. Hazırda, gündəmdə avtomobilin xarici görünüşünə xələl gətirmədən benzin-elektrik güc qurğusunun quraşdırılması məsələsi durur.

İdman bölməsinin direktoru Frenk-Şteffen Vallizer əsas çətinliyin güc qurğusunun ölçüsündə olduğunu söyləyib. O, şirkət üçün 2 + 2 oturacaq formulunu qorumaq və eyni zamanda baqaj həcminin itirilməməsinin vacib olduğunu bildirib.

Bundan əlavə, Frenk-Şteffen, markanın idman avtomobilini çəkisinin artırmağa hazır olmadığını da vurğulayıb. "Əgər bunu etmək istəsəydik, bizim üçün yeni avtomobili yaratmaq daha asan olardı", - Vallizer bildirib.
Yeni məhsulların buraxılışının təxmini vaxtı barədə məlumat verilməsə də, insayderlər onu 2026-cı ilə qədər gözləməyin heç bir mənasının olmadığını ehtimal edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024