Mobil versiya
“Aqrarkredit” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı
Tarix: 23-03-2020 | Saat: 15:31
Bölmə:Gündəm | çapa göndər

“Aqrarkredit” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı




Məlum olduğu kimi ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır.

Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi sahəsində uzun müddət fəaliyyət göstərən “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı sosial məsuliyyətli prinsiplərə sadiq qalaraq koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşularaq, həmin Fonda 100 min manat məbləğində vəsait köçürmüşdür.

Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən “Aqrarkredit” QSC bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024