Mobil versiya
Sosial rifah davamlı şəkildə yüksələcək
Tarix: 17-03-2020 | Saat: 15:52
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Sosial rifah davamlı şəkildə yüksələcək



Sosial yönümlü islahatların reallaşdırılması ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən–günə genişlənməkdədir...

Bu fikri Milli Məclisinin deputatı Kamaləddin Qafarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S.Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.K. Qafarov bildirib ki, ötən il həyata keçirilən sosial islahatlar
Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli dərəcədə kömək etdi. Bu islahatlar paketinin ən önəmli istiqamətlərindən biri pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə etdi. Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da buraya əlavə etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığının şahidi olduq. Sırf yaşa görə orta aylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə cari səylərin əsas hədəfidir.

Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi AzərbaycanRespublikasının Prezidenti möhtərəm İlham Əliyev olan dinamik və davamlı islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və
özünüməşğulluq proqramlarının tətbiqi yolu ilə rifahının yüksəldilməsinə nail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini
yaxşılaşdırmaqdır. Bu strateji hədəflərinin reallaşdırılması üçün bu il ölkədə daha 8 DOCT Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11min
ailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib
istifadəyə verilməsi nəzərdə tutulur.

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, dünyanın əksər ölkələrini bürümüş koronavirus təhlükəsi səbəbli neft gəlirlərinin azaldığı bir dönəmdə
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin islahatların daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox
ibrətamizdir. Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara qarşı amansız mübariz anonsunu verməsi həm cəmiyyəti ümumi bəlaya qarşı səfərbər edir, həm də hər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha aydın şəkildə müəyyənləşdirir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024