Mobil versiya
Cinayətkar “Əmioğlu” saxlanıldı - Dəhşətli qətlin üstü açıldı
Tarix: 27-02-2020, 12:04 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Cinayətkar “Əmioğlu” saxlanıldı -



Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə ağır cinayət törədərək istintaqdan yayınan və barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən aia.az -a verilən məlumata görə, həyata keçirilən uğurlu əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 145.2, 226.1 (köhnə redaksiyada), 221.3, 228, 229.1, 120.1 234.1 və 182.2.4-cü maddələri ilə dəfələrlə məhkum olunmuş "Əmioğlu” ləqəbli Eldar Cabbarov tutulub. Saxlanılan zaman onun üzərindən narkotik vasitələr olan 10,480 qram heroin və 3,478 qram tiryək aşkar olunaraq götürülüb.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, Eldar Cabbarov 2019-cu ilin sentyabrında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində tanışı Eldəniz Səmədovun "Mersedes” markalı avtomobilini və həmin nəqliyyat vasitəsinin yük yerində olan 4350 manat nağd pulu hədə-qorxu ilə tələb edərək ondan alıb.

Sumqayıt ŞPİ-də Eldar Cabbarovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun fevralın 22-dən Sumqayıt şəhəri ərazisindən idarə etdiyi "Mersedes” markalı avtomobillə birgə itkin düşmüş Zaur Mircəfərovu odlu silahla qətlə yetirdiyi də müəyyən edilib.

Eldar Cabbarov həmin şəxsi qətlə yetirəndən sonra izi itirmək məqsədi ilə meyiti Abşeron rayonu Masazır qəsəbəsində tikilməkdə olan evlərin birinin zirzəmisində basdırıb. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən meyitin yeri müəyyən edilərək eksqumasiya edilib.

Eldar Cabbarov qətli törədən zaman istifadə etdiyi "Makarov” markalı odlu silahı patronları ilə birgə polis əməkdaşlarına təhvil verib. Qeyd edilən faktlarla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eldar Cabbarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin ətrafının və onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in "102” Zəng Mərkəzinə və ya Sumqayıt ŞPİ-nə müraciət edə bilərlər.

aia.az



590 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}