Mobil versiya
Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb
Tarix: 21-02-2020 | Saat: 14:15
Bölmə:Cəmiyyət | çapa göndər

Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb



Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən aia.az-a məlumat verilib.

Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər.

Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

Xatırladaq ki, Bakıda naməlum şəxs qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə