Ana Sayfa > Parlament > Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb
Polis küçədə qadın və azyaşlıya zor tətbiq edilməsini araşdırıb21-02-2020, 14:15. Yazar: sevinc1 |
Sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil tərəfimizdən aşkarlanıb. Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən aia.az-a məlumat verilib. Bildirilib ki, həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Faktla bağlı Yasamal RPİ 29-cu Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Xatırladaq ki, Bakıda naməlum şəxs qadın və azyaşlıya zor tətbiq etməsi barədə sosial şəbəkədə məlumat yayılıb. aia.az Geri dön |