Mobil versiya
FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib
Tarix: 31-01-2020, 17:21 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

FHN-in qurumları arasında şahmat üzrə çempionat keçirilib



27-31 yanvar 2020-cı il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzi və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında şahmat üzrə çempionat keçirilib.

aia.az-ın məlumatına görə, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş tutan çempionatda 17 komandadan 70-ə yaxın əməkdaş iştirak edib.

Beynəlxalq dərəcəli baş hakim Leyla Sarıyevanın idarə etdiyi turnirdə yığılan xalların ümumi miqdarına görə qalib komandalar və şəxslər müəyyən olunub.

Komanda hesabında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bütün rəqiblərini qabaqlayaraq birinci olub. Çempionatda ikinci yerə Dövlət Yanğından Mühafizə Xidməti, üçüncü yerə isə Mülki Müdafiə Qoşunlarının komandaları layiq görülüblər.

Şəxsi yarışlarda çempion adını Vüsal Abbasov (Xüsusi Riskli Xilasetmə Xidməti), ikinci yeri Vqif Pişiyari (Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti) , üçüncü yeri isə Fuad Əliyev (Bakı Regional Mərkəzi) qazanıb.

FHN-in İdman-sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çempionatda fərqlənənləri təbrik edib, onları diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırıblar.

aia.az



587 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

26-02-2020
25-02-2020
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
{sape_links}{sape_article}