Mobil versiya
ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqladı
Tarix: 30-01-2020, 10:51 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

ATƏT seçki ilə bağlı aralıq hesabatını açıqladı


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası Azərbaycanda 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Azvision.az xəbər verir ki, hesabat 7-24 yanvar tarixlərini əhatə edir.

Hesabatda bildirilib ki, Azərbaycan hökumətinin dəvətini aldıqdan sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) 7 yanvar tarixində Seçki Müşahidə Missiyası (SMM) təsis edib. Səfir Peter Teylerin rəhbərlik etdiyi SMM Bakıda yerləşən 12 nəfərlik əsas heyətdən və 14 yanvarda bütün ölkə üzrə 12 əraziyə göndərilmiş 26 uzunmüddətli müşahidəçidən (UMM) ibarətdir.

Missiyanın üzvləri ATƏT-in 23 iştirakçı dövlətindən seçilib. DTİHB səsvermə, səslərin hesablanması və nəticələrin qeydiyyatı da daxil olmaqla, seçki günü prosesləri müşahidə etmək üçün iştirakçı dövlətlərdən 350 nəfər qısamüddətli müşahidəçinin ezam edilməsini xahiş edib.

Hesabatda xatırladılıb ki, rəsmi təşviqat müddəti yanvarın 17-də başlayıb və səsvermə başlamazdan 24 saat əvvələdək davam edəcək. MSK təşviqat məqsədi ilə ölkə daxilində 136 qapalı və 136 açıq yer təyin edib. 24 yanvar tarixində MSK-ya 35 şikayət daxil olub və onların hamısı barədə qərarlar qəbul edilib. Üç şikayət keçmiş məhkumluğa əsasən namizədlərin qeydə alınmaması ilə bağlı olub. Qalan 32 şikayət namizədlərin qeydə alınmaması ilə əlaqədar verilib ki, onlardan 18-i rədd, 9-u təmin, 4-ü qismən təmin edilib, 1-i isə geri götürülüb. Qərarların verilmə müddətlərinə riayət olunub.

DSK-nın imza vərəqələri ilə bağlı qərarlarından verilən 10 şikayətin 8-i təmin edilib. Ümumilikdə bu günə qədər heç bir namizəd araşdırma prosesi ilə bağlı narahatlıq ifadə etməyib.

Hesabatda vurğulanıb ki, Seçki Məcəlləsi beynəlxalq seçki müşahidəsi üçün imkan yaradır. Vətəndaşlar fərdi olaraq və ya seçki sahəsində çalışan qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin namizədlərin və siyasi partiyaların nümayəndələri müşahidəçi kimi qeydiyyatdan keçə bilərlər. Bəzi vətəndaş cəmiyyəti təşkilatları uzunmüddətli və qısamüddətli müşahidəçilər göndərməklə yanaşı, seçki prosesi zamanı pulsuz hüquqi yardım da göstərirlər.


aia.az



570 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}