Mobil versiya
Rasim Musabəyov Nərimanovda boykot olunur- BEŞ İLDƏ SEÇİCİDƏN YAYINAN DEPUTAT HANSI ÜZLƏ YENİDƏN MANDAT İSTƏYİR?
Tarix: 21-01-2020, 13:02 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Rasim Musabəyov Nərimanovda boykot olunur- BEŞ İLDƏ SEÇİCİDƏN YAYINAN DEPUTAT HANSI ÜZLƏ YENİDƏN MANDAT İSTƏYİR?


18 saylı Nərimanov-Nizami Seçki Daisərindən hakimiyyətin dəstəklədiyi namizəd Rasim Musabəyov seçicilərlə görüşdən yayınır. Daha doğrusu ötən beş ildə seçici problemi ilə məşğul olmayan Rasim Musabəyov bu dəfə onların qarşısına çıxmağa cürət etmir.

Bu barədə adıçəkilən dairənin hüdudlarında yaşayan seçicilər bildirib. Onların sözlərinə görə, ötən beş ildə Rasim Musabəyovun üzünü yalnız hansısa tv ekranlarında siyasi açıqlamaları ilə görüblər.

Deputata problemlərinin həlli ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını deyən Nərimanov sakinləri ona bu dəfə səs verməyəcəyini bəyan edib.

Rasim Musabəyovdan ən çox narazı qalanlar isə əhalinin həssas təbəqəsi olan gözdən əlillər və eşitmə qüsurlu insanlardır. Əməkdaşımızla söhbətində həmin şəxslər Rasim Musabəyovdan ciddi narazılıqlarını ifadə edib.

Gununsesi.org-un əməkdaşı seçicilərinə laqeyid münasəbətinin səbəbini soruşmaq üçün deputatın özüylə danışıb.

“Rasim bəy, nə üçün seçicilərinizdən yayınırsınız, gözdən əllillər sizinlə ötən beş ildə görüşə bilmədiklərini deyir, səbəb nədir” sualına deputatlığa namizəd “Mən onlarla görüşə gedəcəyəm. Bu sizi narahat etməsin” deyə cavab verib.

“Həmin insanlar sizə səs verməyəcəyini bəyan etməsi sizi narahat etmir ki” sualına isə Rasim Musabəyov belə cavab verdi: “Siz bütün seçicilərin adından danışırsız. Mən onlarla görüşəcəyəm və dinləyəcəyəm”.
aia.az



5122 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}