Mobil versiya
20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş Qarabağ veteranları və yeniyetmə və gənclər arasında futzal oyunu keçirilib - FOTOLAR
Tarix: 16-01-2020 | Saat: 17:33
Bölmə:İdman | çapa göndər

20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş Qarabağ veteranları və yeniyetmə və gənclər arasında futzal oyunu keçirilib



16 yanvar 2020-ci il tarixdə Salyan rayon İcra Hakimiyyəti, Salyan rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin ictimai birliyinin Salyan rayon filialının birgə təşkilatçılığı ilə Salyan rayon 2 saylı məktəbin idman zalında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş Qarabağ veteranları və yeniyetmə və gənclər arasında futzal oyunu keçirilmişdir.

İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov yarışın keçirilməsində əsas məqsədin 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarət olduğunu qeyd etdi. Bildirdi ki,Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır.

Tədbirdə çıxış edən Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Aqşin Babayev 20 Yanvar faciəsi haqqında məlumat verərək bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin ictimai birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov öz çıxışında qeyd etdi ki, Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır,

qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir. 20 Yanvar faciəsi Xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaqdır.

Daha sonra Futzal oyunun start verildi. Futzal oyununda Qarabağ veteranları və gənclər komandaları mübarizə aparmışdır. İdman mübarizəsi şəraitində keçən oyun yeniyetmə və gənclərdən ibarət komandanın 5:2 hesablı üstünlüyü ilə yekunlaşmışdır.

Oyunun yekununda iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

aia.az























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024