Mobil versiya
MSK DSK-nın qərarını ləğv edib
Tarix: 15-01-2020, 17:03 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

MSK DSK-nın qərarını ləğv edib


Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı namizədin Mərkəzi Seçki Komissiyasına (MSK) müraciəti təmin edilib.

Trend-in məlumatına görə, 35 saylı Xətai seçki dairəsindən namizədliyi qeydə alınmayan Abbasov Rauf Çərkəz oğlu Mərkəzi Seçki Komissiyasına müraciət edib. R.Abbasov müraciətində bildirib ki, dairə seçki komissiyası (DSK) onun namizədliyinin qeydə alınmasından əsassız olaraq imtina edib. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu araşdırıb ki, həqiqətən də Dairə Seçki Komisiyyası qərarında aidiyyatı olmayan maddələr sadalayıb. Qərarda namizədliyin qeydə alınmasından imtina edilmənin səbəbləri göstərilməyib.

Buna görə də, Mərkəzi Seçki Komissiyası namizədin qeydə alınmasından imtina edilməsiylə bağlı DSK-nın qərarını ləğv edib.

Mərkəzi Seçki Komissiyasının üzvləri təklif edib ki, 35 saylı seçki dairəsi xüsusi nəzarətə götürülsün.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

aia.az



5107 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

05-04-2020
04-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}