Mobil versiya
Sabunçu rayonunda daha bir yol bərbad vəziyyətdədir - FOTO
Tarix: 12-12-2019, 12:53 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sabunçu rayonunda daha bir yol bərbad vəziyyətdədir -

Sabunçu rayonunda sakinlər yolsuzluqdan əziyyət çəkir.

Oxu.Az xəbər verir ki, Zabrat qəsəbəsi, Dilarə Əliyeva küçəsinin sakinləri qış aylarında yoldan istifadə edə bilmirlər.

Sakinlər bildirir ki, yağışdan sonra küçədə gölməçələr yaranır və uzun müddət qalır. Dəfələrlə aidiyyəti qurumlara və Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətinə baxan olmayıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, onlar bu problemə baxmırlar.

Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən əksər küçələrdə yollar bərbad vəziyyətdədir.

Qış aylarında isə bu problem özünü çox qabarıq şəkildə göstərir.

Bir müddət əvvəl Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki yollar haqqında yazdığımız yazıda da Sabunçu Rayon İcra Hakimiyyəti eyni mövqedən çıxış etmişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

aia.az



589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-01-2020
17-01-2020
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}