Mobil versiya
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 28 yaşlı gənci güllələdilər
Tarix: 29-11-2019 | Saat: 12:09
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:


Abşeronda qətl törədilib.

Lent.az -ın məlumatına görə, hadisə Bakı-Yevlax magistral yolunun 26-cı kilometrliyində, Pirəkəşkül qəsəbəsində yerləşən “Avropa” kafesində baş verib. Şəxsi münasibətlər zəminində mübahisə düşüb və bu zaman 1984-cü il təvəllüdlü Gərayev Orxan Əmirxan oğlu üzərində olan “Makarov” tipli tapança ilə 1991-ci il təvəllüdlü paytaxt sakini Xəlilov Kamran Əli oğluna xəsarət yetirib. Kamran Xəlilov hadisə yerində olan naməlum şəxslər tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Baş verən qətllə əlaqədar hadisə yerinə baxış keçirilib, əhəmiyyət kəsb edən əşyalar maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.




aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024