Mobil versiya
Rəşad Mahmudov: “Hamı bu keçidin nəticəsini maraqla gözləyir”
Tarix: 20-11-2019, 11:33 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

Rəşad Mahmudov:


“İcbari Tibbi Sığortanın 2020-ci ildən bütün ölkə üzrə tətbiqi hər bir vətəndaşın ən böyük arzusu və gözləntisidir. Ölkə rəhbərliyi başda olmaqla, hamı bunun nəticəsini maraqla gözləyir. Düşünürəm ki, bütün xəstəxanalar bura cəlb edilərsə, vətəndaş da həkim və xəstəxana seçmək hüququ əldə edər. Bu həm də xəstəxanalar arasında sağlam rəqabətin inkişafına çox böyük təsir göstərər”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov 2020-ci ildə tətbiq olunacaq İcbari Tibbi Sığortaya keçidlə bağlı sualı cavablandırarkən deyib.

Deputat vurğulayıb ki, Avropa ölkələrində və Türkiyədə İcbari Tibbi Sığortanın lokomotiv rolunu hər zaman dövlət yox, özəl xəstəxanalar təşkil ediblər:


“Çünki özəl xəstəxanalar eyni rəqəmə daha yüksək tibbi xidmət verərək, dövlət xəstəxanalarının da rəqabət zamanı müsbət istiqamətdə dəyişməsində rol oynayıblar. Bu birtərəfli qalarsa, bəlli zamandan sonra keyfiyyətin azalmasına gətirib çıxara bilər. Azərbaycabda pilot layihələrin keçirildiyi rayonlarda da xəstələrin müraciətinə əsasən, onlar Bakıda və Gəncədə özəl xəstəxanalara yönləndirilirdi”.

Rəşad Mahmudov dərmanların pulsuz olmasına da münasibət bildirib:

“Dərmanların pulsuz olmasına qanunvericilik deyil, İcbari Tibbi Sığorta Agentliyi və Səhiyyə Nazirliyi cavab verməlidir. Pasiyentin xəstəxanada qaldığı müddətdə aparılan müalicələri sığortanın tərkibinə daxildir.
İcbari Tibbi Sığortaya keçid ölkədə həm vətəndaşın məmnunluğunu saxlamaq, həm də həkimin öz işini rahat şəkildə tətbiq olunması üçün səhiyyənin inkişafına böyük bir təkan verəcək. Bu sistemə keçid hər bir ölkə üçün ağrılı bir prosesdir. Əsas odur ki, hər il nə qədər çox uğur qazana bilsək, gələcək illərdə daha mükəmməliyə gedən yolu tapmaq şansımız artacaq. 2020- ci il həm həkimlərin, həm də insanların üzərinə böyük məsuliyyət düşəcək. Hər bir ölkənin bu sistemə yanaşma tərzi var. Zaman içərisində dövlətin aidiyyatı qurumları bu haqda müzakirə apara bilər. İcbari Tibbi Sığorta yeni bir sistem olduğuna görə başlanğıcda müəyyən çətinliklər də olacaq”


aia.az



579 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

10-12-2019
09-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031