Mobil versiya
Gəncə – müasir səhiyyə müəssisələri sakinlərin xidmətindədir
Tarix: 11-10-2019, 14:01 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Gəncə – müasir səhiyyə müəssisələri sakinlərin xidmətindədir




Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun səyləri nəticəsində son vaxtlar şəhərin xəstəxana və poliklinikalarında tibbi xidmətlərin səviyyəsi xeyli yüksəlib

Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Sevindirici haldır ki, bu proses təkcə paytaxt Bakıda deyil, həmçinin ölkənin digər şəhər və rayonlarında da sürətlə gedir. Bu gün özünün müasir standartlara cavab verən səhiyyə müəssisələri və əhaliyə göstərilən tibbi xidmətlərin yüksək səviyyəsi ilə diqqəti cəlb edən şəhərlərimizdən biri də Gəncədir. Bu gün Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində 30-dan artıq səhiyyə müəssisəsi fəaliyyət göstərir. İdarənin rəisi Nazim Əhmədovdur.




Dövlət qayğısı səhiyyənin inkişafını təmin edən əsas amildir

O cümlədən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, Akademik Z.Məmmədov adına Təcili Tibbi Yardım Xəstəxanası, Ü.Musabəyli adına Oftalmoloji xəstəxana, Yoluxucu xəstəliklər Xəstəxənası, Endokrinoloji xəstəxana, Psixiatriya xəstəxanası, iki Birləşmiş Uşaq xəstəxanası, Regional Perinatal Mərkəz, Onkoloji xəstəxana, Kardioloji xəstəxana, Vərəm Əleyhinə xəstəxana, 2 nömrəli şəhər xəstəxanası, Narkoloji dispanser, Psixonevroloji dispanser, doqquz poliklinika, Daqnostika Mərkəzi, “Nigah və Ailə” Məsləhətxanası, “Ailə Planlaşması və Reproduktiv sağlamlıq Mərkəzi”, Qadın məsləhətxanası və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sakinlərə ən müasir standartlara uyğun səviyyədə tibbi xidmətlər göstərməkdədirlər.



Bu səhiyyə müəssisələrinin əksəriyyəti ən müasir tibb avadanlıqla təchiz olunmuşdur ki, bu da ilk növbədə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsini yüksəltməyə zəmin yaradır. Əlbəttə ki, bu da dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin bir tərkib hissəsidir. Həmçinin respublikamızda səhiyyə xidmətlərinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu hər zaman xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır və demək olar ki, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.

Peşəkarlar hər zaman onlara göstərilən etimadı doğruldurlar

Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının qarşılığında Gəncənin tibb işçiləri də onlara göstərilən etimadı doğrultmaq üçün əllərindən gələni edirlər. Yerli mənbələrdən əldə etdiyimiz məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün Gəncənin səhiyyə müəssisələrində əhaliyə həqiqətən də yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər Səhiyyə idarəsinin rəisi Nazim Əhmədovdan xüsusilə razılıq edirlər.
qısa arayış:



Nazim Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən N.Əhmədov elə həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1986-ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində əvvəl sahə həkimi, terapiya şöbəsində həkim, sonralar şöbə müdiri kimi fəaliyyət göstərib.

1986-cı ildən 1992-ci ilə qədər Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim terapevt, 1992-ci ildən 2006-ci ilə kimi həmin şöbənin müdiri kimi çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir. 2018-ilin oktyabr ayında Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.




Sakinlərin sözlərinə görə, şəhər səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən bilikli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, Gəncənin səhiyyə müəssisələrinin əksəriyyətinin elmi potensialı da yüksək səviyyədədir. Bu gün həmin müəssisələr təkcə şəhər sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərirlər.

Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin yüksək keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün artıq ölkəmizin bütün regionlarında yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, mürəkkəb cərrahi əməliyyatları həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. O cümlədən Gəncə şəhərində səhiyyənin bu gün ən yüksək standartlara cavab verən bir səviyyədə olması da bütün bu deyilənlərə ən bariz nümunədir.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5145 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930