Mobil versiya
"Qarabağ"la oyundan həzz almaq istəyirəm" - "Düdelanj"ın futbolçusu
Tarix: 26-09-2019, 10:54 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

"Qarabağ"la oyundan həzz almaq istəyirəm" -


"APOEL-lə oyunda bizə çox az insan inanırdı. Kiprdə atmosfer möhtəşəm idi. Amma bir anda APOEL azarkeşləri doğma komandalarını fitə basdı, bizə kömək oldu. Gördüyümüz iş dəlilikdir və bunu hələ də dərk edə bilmirəm. Əgər məğlub olsaydıq, oyundan iyrənəcəkdim".

Qol.az-ın "dhnet.be"yə istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın futbolçusu Antuan Bernye Avropa Liqasının qrup mərhələsini 1-ci turunda APOEL-ə qalib gəldikləri oyunu (4:3) şərh edərkən deyib.

O, "Qarabağ" və "Sevilya" ilə keçirəcəkləri matçlar haqda da danışıb: "Püşkdə "Sevilya" ilə eyni qrupa düşdüyümüzü gördükdə bizim üçün yaxşı olacağını düşündüm. Çünki onlar top-klubdur və belə komanda ilə qarşılaşmağımızı istəyirdim. "Qarabağ" isə Çempionlar Liqasında oynayıb. Ancaq hələ də şansımızın olduğunu düşünürəm. Məqsədim bu oyunlardan həzz almaq, əylənmək və özümü ən yaxşı tərəfdən göstərməkdir".

Qeyd edək ki, "Düdelanj" qrupda növbəti oyununu oktyabrın 3-də öz meydanında "Qarabağ"a qarşı keçirəcək.

aia.az



589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031