Mobil versiya
Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı
Tarix: 23-09-2019, 11:47 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Tağıyevin heykəlinin qoyulacağı vaxt açıqlandı


Hacı Zeynalabdin Tağıyevin heykəlinin Novruz bayramında qoyulması planlaşdırılır.

Bunu Oxu.Az-a açıqlamasında heykəlin lahiyə rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Xanlar Əhmədov artıq heykəlin hazırlanması prosesinin başladığını bildirib:

“İşlərə başlanılıb. Hətta “İçərişəhər” metrostansiyası qarşısında qoyulacaq heykəlin dəqiq yeri və ölçüləri müəyyənləşib. Hazırda heykəlin işçi modelini hazırlayıram. Ondan sonra heykəl hazırlanacaq. Heykəlin Novruz bayramında hazır olması planlaşdırılır. ”.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq heykəli üç metr hündürlüyündə olacaq.

Ayaqüstü olacaq heykəl tunc, qırmızı və qara qranitdən hazırlanacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib olub.

aia.az



594 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031