Mobil versiya
Azərbaycanla Latviya arasında protokol imzalandı
Tarix: 17-09-2019, 09:41 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Latviya arasında protokol imzalandı



Riqada Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Latviya-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib.

Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, 2019-2020-ci illər üçün "İcazə" blanklarının kontingenti, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin hər iki ölkədə yerinə yetirilməsinin vəziyyəti, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələrdə ölkələrimiz arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının inkişaf etdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, gözləmə vaxtının azaldılması, nəqliyyat vasitələrinin heyətinin iş və istirahət rejiminə riayət edilməsi, avtomobil nəqliyyatı sahəsində həyata keçirilən yeni layihələr, Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizlərində ölkələrimizin avtodaşıyıcılarının xüsusi çəkilərinin artırılması üçün görülən tədbirlərin daha da təkmilləşdirilməsi və davam etdirilməsi məqsədilə müvafiq razılıqlar əldə olunub.

Yekunda 2019-2020-ci illər ərzində ölkələrimiz arasında beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsi üçün “İcazə” blanklarının kontingenti müəyyən edildikdən sonra müvafiq Protokol imzalanıb.

aia.az



572 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031