Mobil versiya
Ukraynanın yeni baş nazirinin adı açıqlanıb
Tarix: 29-08-2019 | Saat: 17:53
Bölmə:Dünya | çapa göndər

Ukraynanın yeni baş nazirinin adı açıqlanıb


Ukrayna prezidenti Vladimir Zelenski baş nazir postuna Aleksey Qonçarukun namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, hakim partiya "Xalqın xidmətçisi" parlamentdə böyük çoxluğa malik olduğundan hökumətin yeni rəhbəri A.Qonçaruk olacaq.

Prezidentin Radadakı nümayəndəsi Ruslan Stefançuk da bildirib ki, deputatlar baş naziri və nazirlər kabinetinin yeni tərkibini yekdilliklə təsdiqləyəcəklər.

Qeyd edək ki, Ukraynanın baş naziri Vladimir Qroysman ötən gün hökumət başçısı vəzifəsindən istefa verib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024