Mobil versiya
Ana dəcəl övladını zəncirlədi, polis xəbərdarlıq etdi
Tarix: 21-08-2019, 15:30 | Saat: 15:47:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Ana dəcəl övladını zəncirlədi, polis xəbərdarlıq etdi


Sosial şəbəkələrdə və bəzi yerli saytlarda Nəsimi rayonu, Cavadxan küçəsi bina 56-da azyaşlı oğlan uşağının ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat yayılıb.

19-cu Polis bölməsi faktı Oxu.Az-a təsdiq edib və məsələyə aydınlıq gətirilib.

"Sosial şəbəkədə yayılan foto barədə 19-cu Polis bölməsinin əməkdaşları hadisə yerinə gediblər və məlumat öz təsdiqini tapıb. Uşaq polislərə bildirib ki, anası və xalası tərəfindən onu döyməyiblər, sadəcə, ayağına zəncir vurublar ki, evi tərk etməsin.

Məlum olub ki, uşağın anası işləyir, uşağı evdə saxlamaq üçün onun ayağına zəncir vurub. Səbəb kimi uşağın dəcəl olması göstərilir", - məlumatda deyilir.

Polis əməkdaşları anaya uşaqla bu cür rəftarın qanunsuz olduğunu bildirib və ona xəbərdarlıq ediblər.

aia.az



552 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30