Mobil versiya
Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir
Tarix: 19-08-2019, 15:20 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Cəbrayıl filialı “Azərxalça”nın nümunəvi emalatxanalarından biridir


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunan xalçaların hər həftə qəbulu prosesi həyata keçirilir. Bu zaman xalçaların keyfiyyəti qiymətləndirilir, nümunəvi toxucular mükafatlandırılır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son ayların xalça qəbulunda Səhmdar Cəmiyyətin Cəbrayıl filialının məhsulları öz keyfiyyəti ilə seçilib, filiala nümunəvi fəaliyyətinə görə təşəkkür elan olunub. Toxuculardan Nuridə Bəşirovanın, Gülnar Məmmədovanın, Fəridə Məmmədovanın, Pünhanə Allahverdiyevanın, Ruhanə Murtuzovanın, Mehriban Abbasovanın, Aynurə Süleymanovanın və Günay Kərimovanın ərsəyə gətirdikləri xalçalar yüksək qiymətləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Biləsuvar rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında" 3 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filialda ötən ilin dekabr ayından məhsul istehsalına başlanılıb.

Filialın direktoru, əslən Qarabağdan olan xalçaçı Eliza Abdullayeva deyir ki, hazırda emalatxanada 65 nəfər çalışır. Ötən dövr ərzində filialda 250 kavadratmetrə yaxın xalça toxunub.

Eliza Abdullayeva bildirir ki, Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Cəbrayıl rayonunda həmişə orijinal çeşnili Qarabağ xalçaları toxunub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilən cəbrayıllılar arasında peşəkar xalçaçılar, ömrünü bu sənətə bağlayanlar vardır. “Azərxalça”nın Cəbrayıl filialının yaradılması həm Qarabağ xalçaçılığını yaşatmaq, həm də məcburi köçkünləri işlə təmin etmək baxımından çox əhəmiyyətli hadisədir.

Burada usta xalçaçı vəzifəsində çalışan Çinarə Xalıqova toxucuların peşəkarlığından razılıqla danışır. Deyir ki, filialda çalışan toxucular gözəl xalçalar toxumaq üçün əllərindən gələni əsirgəmirlər: “Buraya cəlb etdiyimiz gənclərə tədris-hazırlıq kurslarında sənətin sirlərini öyrətmişik. İndi elə gənclərimiz var ki, uzun illərin toxucuları kimi xalçalar ərsəyə gətirirlər”.

Filialda çalışan peşəkar toxucular qədim çeşnilərimizə yeni həyat verərək Qarabağ xalçalarını yaşadır, onların tarixi şöhrətini özünə qaytarırlar. Onlardan biri də Nuridə Bəşirovadır. Onun dediklərindən: “Bu filial Biləsuvar rayonu ərazisində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərə Prezidentimizin böyük hədiyyəsidir. Xalça toxumaq üçün lazımi şərait olmadığından peşəkar toxucular bu sənətdən ayrı düşmüşdü. Xalçaçılıq Cəbrayıllı toxucular arasında az qala unudulmuşdu. Bu filialın yaradılması ilə bizim qədim sənətimiz özümüzə qaytarıldı. Biz indi dövlətimizin yaratdığı müasir emalatxanada işləyir, gözəl xalçalar toxumağa çalışır, qədim sənətimizi yaşadırıq”.

Onlara yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını ifadə edən toxucu Kəmalə Quliyeva deyir ki, cəbrayıllıların ən böyük arzusu doğma torpaqlarına geri qayıtmaqdır. Onlar əmindir ki, Azərbaycan Prezidentinin apardığı müdrik siyasət nəticəsində işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq, Cəbrayıl da yenidən qurulacaq, orada belə müasir xalça fabrikləri açılacaqdır.
“Sevindirici haldır ki, dövlətimizin qayğısı ilə Qarabağ xalçaçılıq ənənəsi bu gün də davam etdirilir. Xalçaçlığa göstərilən qayğı, Qarabağ bölgəsində, eləcə də Qarabağdan məcburi köçkün düşənlər üçün respublikamızın müxtəlif yerlərində yaradılan fabriklər gənclərin bu milli sərvətimizə sahiblənməsi baxımından çox böyük önəm daşıyır. Əgər bu fabrik olmasa idi, gənclər burada çalışmayacaq, beləliklə, tarixi Qarabağ xalçaları, Cəbrayılda toxunan çeşnilər barədə məlumatları olmayacaqdı. İndi burada çalışan gənclər bilir ki, Cəbrayılın Ağtəpə, Böyük Mərcanlı, Çaxırlı, Şahvəlli, Şıxlar, Qalacıq, Söyüdlü, Hovuslu, Xələfli, Çullu, Doşulu, Dağ Tumas kimi xalçaçılıq məntəqələri var. Cəbrayıldan olan məcburi köçkünlər üçün yaradılan bu emalatxanada biz vaxtilə həmin xalçaçılıq məntəqələrində toxunan xalçaları toxuyuruq”, - xalçaçı Tamam Namazova belə deyir.

Cəbrayıllı toxucular onlara göstərilən qayğının müqabilində keyfiyyətli xalçalar toxuyurlar. Elə bunun nəticəsidir ki, ötən həftə növbəti xalça qəbulu üçün gətirələn xalçaların hamısı qənaətbəxş hesab olunub. Onlar daha gözəl xalçalar toxumaq üçün əzmlə çalışır, gələcəyə böyük ümidlə baxırlar.

aia.az



567 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30