Mobil versiya
"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib
Tarix: 22-07-2019, 15:42 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib


17-19 iyul tarixlərində IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

İctimai Birlikdən Trend-ə bildirilib ki, IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş flora və fauna haqqında, həmçinin Fransa və Belçika zooparklarından Azərbaycana reintoduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilmişdir.

Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.

Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Qaranohur gölünə haykinqi təşkil edilib.

Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin“Eko-skaut”layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl və Göygöl Milli Parklarında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.


aia.az



547 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031