Mobil versiya
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə XƏBƏRDARLIQ
Tarix: 15-07-2019, 10:29 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə


Bəzi marşrut avtobuslarında sərnişinlər sürücüyə müraciət etməsə kondisioneri yandırmaq yadlarına düşmür. Ya da bəzi sürücülər “kondisioner işləmir” bəhanəsini gətirir ki, bu da sərnişinlərin narazılığına səbəb olur.



Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür:



“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hazırda marşrut şəbəkəsində bu kimi tələblərə cavab verən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamı ilə avqustda ölkəyə 300 yeni avtobus gətirilir”.



M.Ağayev eyni zamanda bildirib ki, hələ yay mövsümü başlamazdan əvvəl daşıyıcılara sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstəriş verilib:



“Bu barədə daxil olan konkret şikayətlər araşdırılacaq və nəticəyə uyğun da tədbir görüləcək”.

aia.az



595 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031