Ana Sayfa > Ölkə > Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə
Kondisioneri bilə-bilə yandırmayan avtobus sürücülərinə15-07-2019, 10:29. Yazar: sevinc1 |
Bəzi marşrut avtobuslarında sərnişinlər sürücüyə müraciət etməsə kondisioneri yandırmaq yadlarına düşmür. Ya da bəzi sürücülər “kondisioner işləmir” bəhanəsini gətirir ki, bu da sərnişinlərin narazılığına səbəb olur. Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür: “Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hazırda marşrut şəbəkəsində bu kimi tələblərə cavab verən nəqliyyat vasitələrinin sayının artırılması istiqamətində mühüm tədbirlər görülməkdədir. Bildiyiniz kimi dövlət başçısının müvafiq sərəncamı ilə avqustda ölkəyə 300 yeni avtobus gətirilir”. M.Ağayev eyni zamanda bildirib ki, hələ yay mövsümü başlamazdan əvvəl daşıyıcılara sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstəriş verilib: “Bu barədə daxil olan konkret şikayətlər araşdırılacaq və nəticəyə uyğun da tədbir görüləcək”. aia.az Geri dön |