Mobil versiya
Milli mədəniyyətimizin inkişafı prioritet istiqamətlərdəndir
Tarix: 24-06-2019, 13:31 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

Milli mədəniyyətimizin inkişafı prioritet istiqamətlərdəndir




Biləsuvar Regional Mədəniyyət İdarəsi regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin bütün istiqamətlərdə inkişafı istiqamətində məqsədyönlü və səmərəli fəaliyyət göstərməkdədir

Məlum olduğu kimi, bu gün ölkəmizdə mədəniyyət sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən milli-mədəni irsimizin qorunub saxlanması və daha da inkişafı, bu zəngin irsin dünyaya tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Bu baxımdan Mədəniyyət Nazirliyinin struktur bölmələrinin, o cümlədən ölkənin rayon və bölgələrində fəaliyyət göstərən Regional Mədəniyyət İdarələrinin işi də xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə özünün effektiv işi ilə diqqəti cəlb edən qurumlardan biri də Biləsuvar Regional Mədəniyyət İdarəsidir. Hazırda Elçin Hüseynovun rəhbərlik etdiyi bu idarənin tabeliyində Biləsuvar, Neftçala, Salyan və Cəbrayıl rayonlarında yerləşən 4 muzey, 4 mərkəzləşdirilmiş kitabxana sistemi, 3 Heydər Əliyev Mərkəzi, 3 Uşaq musiqi məktəbi, 5 Uşaq incəsənət məktəbi, 3 rayon Dövlət Rəsm Qalereyası, 3 rayon Mədəniyyət Mərkəzi və 1 mədəniyyət evi fəaliyyət göstərməkdədir.




Ümumiyyətlə Biləsuvar Regional Mədəniyyət İdarəsinin fəaliyyəti həm də mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə çox zəngindir. Təsəvvür edin ki, təkcə hələ tamam olmamış iyun ayı ərzində idarənin əhatə etdiyi rayonlarda artıq 40-dan çox müxtəlif mədəni tədbir keçirilib. Biz də onlardan bəziləri haqqında oxucularımızı məlumatlandırmaq istəyirik.

Tarixi səfər yaddaşlara həkk olunub

Məlumdur ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin regionlara mütəmadi olan səfərləri rayon və bölgələrimizin inkişafı, daha da çiçəklənməsi, insanlarımızın rifah yüksəlişinin sürətlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə səfərlər problemlərin operativ həlli, vətəndaşların arzu və istəklərinə dərhal baxılması və müvafiq tədbirlərin görülməsi üçün əla stimul rolunu oynayır. Bunu da qeyd etmək lazımdır ki, regionlara belə səfərlər ənənəsinin əsasını Ulu Öndər Heydər Əliyev hələ respublikaya birinci rəhbərliyi dövründə, Sovet dönəmində qoymuşdu. Ötən əsrin 70-ci illərinin sonunda Ulu Öndərin növbəti belə bir səfəri də Neftçala rayonuna olmuşdu. Həmin hadisədən 40 il ötməsinə baxmayaraq, rayonun yaşlı sakinləri bu tarixi səfəri bütün təfərrüatları ilə çox gözəl xatırlayırlar. İyun ayının 1-də isə Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Neftçala rayonuna səfərinin 40 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 1979-cu il 30 may səfəri zamanı Heydər Əliyevin şəxsən görüşdüyü insanlar öz təəssüratlarını bölüşüblər. Sonda Ulu Öndərin Neftçalaya gəlişini əks etdirən videoçarx nümayiş etdirilib.




Səmədabadda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Aydındır ki, mədəniyyətimizin inkişafı insanların kütləvi şəkildə bu sahəyə cəlb olunması təmin olunmadan mümkün deyildir. Bu baxımdan da mədəni-ədəbi tədbirlərin bütün rayon və kəndlərimizdə mütəmadi olaraq keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlərin keçirilməsi eyni zamanda insanlarımızın mədəni səviyyələrinin yüksəlməsi, maariflənmə və mədəni irsimizin daha mütəşəkkil şəkildə qorunması baxımından böyük rol oynayır. İyun ayının 14-də Biləsuvar rayonunda da növbəti belə bir tədbir keçirilmişdir. Həmin gün rayonun Səmədabad kənd klubunda Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilmişdir. Məktəb şagirdləri C.Cabbarlının əsərlərindən parçalar ifa etmişlər.



Sarvanda Milli Qurtuluş Günü konsert proqramı ilə qeyd olundu

Xalqın tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Milli Məclisin iyunun 15-də keçirilən iclasında Ali Sovetin sədri seçildi. Bununla da Azərbaycanda uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma, öz dövlətçiliyini itirmə təhlükəsindən xilas oldu. Ulu öndər həmin iclasdakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi. Beləliklə də iyunun15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.



Bu gün də xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. O cümlədən Milli Qurtuluş Günü münasibətilə Salyan rayon Sarvan kənd Folklor Evində da bayram konserti təşkil olunmuşdu. Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş bu konsertdə Sarvan kəndinin ziyalıları və bütün kənd əhalisi iştirak etmişdilər. Konsertin gedişində kənd məktəbliləri də maraqlı nömrələr təqdim etmişlər. Tədbirdə Mərkəzin direktoru Lətif Zərbəliyev, Sarvan ziyalıları, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov, tədbirin aparıcısı, bədii söz ustası Firdovsi Sarvanlı dövlətçilik, vətənpərvərlik mövzusunda çıxış etmişlər.




Əlbəttə ki, yuxarıda qeyd edilən bu tədbir və görüşlər Elçin Hüseynovun rəhbərlik etdiyi Biləsuvar Regional Mədəniyyət İdarəsinin son bir ay ərzində göstərdiyi fəaliyyətinin az bir hissəsini əks etdirən epizodlardır. Bununla belə, artıq bu epizodlar da İdarə tərəfindən regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə kifayət qədər səmərəli işlər görüldüyünü deməyə əsas verir. Öz növbəmizdə biz də Biləsuvar Regional Mədəniyyət İdarəsinin bütün kollektivinə və ilk növbədə idarənin rəisi Elçin Hüseynova onların bu çətin, lakin maraqlı işlərində yeni-yeni nailiyyətlər diləyirik.




aia.az
Abbas Abbosov
Elbrus Bağırov



5269 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031