Mobil versiya
Fəzail Ağamalı qaragüruha səsləndi: “Bu sərəncamlar doğrudan sizi utandırmır?”
Tarix: 20-06-2019, 14:58 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Fəzail Ağamalı qaragüruha səsləndi:



2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcəyini bəyan edən Prezident İlham Əliyevin yeni sosial paketi bu bəyanatın daha bir real təsdiqi oldu. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olundu.

Bütün sahələrdə sosial islahatların getdiyi bir vaxtda, ölkə hüdudlarından kənarda olub, başqalarının diqtəsilə hərəkət edənlər yenə də “iş başındadır”.



“İqtisadiyyatımız gücləndikcə, islahatlar davamlı xarakter alacaq”



Bununla bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, İlham Əliyev xalqın yüksək etimadığını növbəti dəfə qazandıqdan sonra ölkədə start verilən islahatların miqyasını genişləndirdi:

“Getdikcə islahatlar daha dərin xarakter almağa başladı. İslahatlar həm idarəçilik sisteminin təkmilləşməsində, həm iqtisadiyyatın və maliyyə sisteminin güclənməsində, həm də xalqın həyat səviyyəsinin daha da yaxşılaşmasında özünü ifadə etməkdədir. Prezident bu ilin yanvarında sosial müdafiə xarakterli sənədlər paketini imzaladı. Belə ki, 8 fevral 2019-cu il tarixli sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırıldı. 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.18 iyun 2019-cu il tarixdə imzalanan digər sərəncamlarla müxtəlif qurumlarda çalışanların əmək haqlarının cari il sentyabrın 1-dən orta hesabla 20-40 faiz artırılması təqdirəlayiq addımdır.

Hər zaman Milli Məclisdə müəllimlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların, hərbi qulluqçuların, gömrük işçiləri və digərlərinin əməkhaqqının artırılması təklif edilirdi. Prezidentin sonuncu sosialyönümlü sərəncamı onu göstərir ki, həmin təkliflərin hamısı nəzərə alınıb. Bununla yanaşı, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması da təmin ediləcək. Qanunvericilik layihəsi də hazırlanaraq, artıq Milli Məclisə təqdim olunub. Bu artım 660 min pensiyaçını əhatə edəcək. Dövlət məmurlarının, Milli Elmlər Akademiyasında çalışan alimlərimizin əməkhaqqının artırılmasına diqqət yetirildi. Bir sözlə, elə bir ailə yoxdur ki, sərəncamdan bəhrələnməmiş olsun. Mən tam məsuliyyətimlə deyirəm ki, biz heç bir ölkədə müşahidə edilməyən inqilabi dəyişikliklərə şahid oluruq. Bu, bir daha sübut edir ki, ölkə Prezidenti hər zaman xalqın yanındadır. İqtisadiyyatımız inkişaf etdikcə, maliyyə imkanlarımız artdıqca, proses davamlı olacaq”.



“Doğrudanmı utanmırsınız?!”



F.Ağamalının sözlərinə görə, Azərbaycan xalqı ilə Prezident arasında ittifaq, həmrəylik gücləndikcə, anti-Azərbaycançı qüvvələr çox böyük narahatlıq keçirirlər:

“Dəfələrlə demişik ki, Azərbaycan gücləndikcə, beynəlxalq səviyyədə nüfuzu artdıqca, ölkə Prezidentilə xalq arasında ittifaq, həmrəylik gücləndikcə, qara qüvvələrin də narahatlığı artır. Bu anti-Azərbaycançı qüvvələrin içərisində milli satqın statusunu qazanan, ölkədən xəbəri olmayan, Azərbaycana şər və böhtan atmaqda xüsusi fəallıq göstərib qonorar almaq növbəsinə dayananlar uğurlarımızı həzm edə bilmirlər. Ancaq tam məsuliyyətimlə deyirəm ki, onlar bu cür addımları atdıqca, Azərbaycana qarşı şər-böhtan kampaniyasını genişləndirdikcə, ölkə Prezidentinin Azərbaycan xalqına yönəlik, vətəndaşların həyat səviyyisinin yüksəldilməsinə xidmət edən addımları intensiv xarakter daşıyır. Bu addımlarla anti-ünsürlərin narahatlıqlarının artmasının şahidi olacağıq. Onların öz qaragüruh fəaliyyətlərilə xalqımızın lənətinə tuş gəlirlər. Xalq Azərbaycan Prezidentini alqışlayır, onunla bərabər olduğunu bütün mənalarda ifadə edir.
Qaragüruh qüvvələrin söyləmiş olduqları fikirləri pisləyirəm, lənətləyirəm, onların Azərbaycan xalqı, Azərbaycan cəmiyyətilə hər hansı bağlılığı olmadığını bir daha önə çəkirəm və sual edirəm: Doğrudanmı usanmadınız? Doğrudanmı yorulmadınız bu böhtanlardan, atdığınız şərlərdən? Axı sizin ailə üzvləriniz də ölkə rəhbərinin imzalamış olduğu sərəncamlarla özünün həyat səviyyəsini yaxşılaşdıra bilir. Yəni bu sizi doğrudanı utandırmır?

Ölkə Prezidenti bu cür şər-böhtan kampaniyasına əhəmiyyət vermədən öz üzərinə düşən vəzifəni uğurla yerinə yetriməkdədir. Hər zaman olduğu kimi, Azərbaycan xalqı ilə bərabərdir, onun ehtiyaclarının aradan qaldırılması üçün bütün imkanlarını ortaya qoymaqda, vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi istiqamətində əlindən gələni əsirgəmir. Mən də hər bir vətəndaş kimi cənab Prezidentə təşəkkür edirəm!”.


aia.az



5115 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031