Mobil versiya
Türkiyənin müdafiə naziri Naxçıvana gəlib
Tarix: 10-06-2019 | Saat: 16:53
Bölmə:Gündəm | çapa göndər

Türkiyənin müdafiə naziri Naxçıvana gəlib


Türkiyənin Milli Müdafiə nazirinin Naxçıvana səfəri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, nazir Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.

Qeyd edək ki, iyunun 7-də start götürən Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimə 5000 nəfərədək şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri cəlb olunub.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi iyunun 11-dək davam edəcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024