Mobil versiya
Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur”
Tarix: 20-05-2019, 18:17 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Çingiz Qənizadə:


“Vaxtilə keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin yan şüşələrinə jalüzlərin vurulması ilə bağlı qərar qəbul etdi. Sonra o qərarı "yay mövsümündə jalüz olsun, amma qış mövsümündə olmasın" şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə jalüzdəndən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər”.



aia.az-ın ONA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan isti ölkədir və may ayından başlayaraq avtomobildə jalüzdən istifadə etmək olar qərarı başa düşülən deyil: “Bunun heç bir məntiqi əsası da yoxdur. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, iki yan güzgü olduqda, arxa şüşələrin jalüz ilə örtülməsi sürücünün öhdəsinə buraxılmalıdır. Amma ölkədəki bu qərar əslində insanları inzibati qaydada cəzalandırmağa yönəldilmiş bir addımdır və o jalüzlərin də deyilən vaxtda qaldırılmamasına görə 100-150 manat cərimə nəzərdə tutulur. Azərbaycan sürücülərinin, hətta sürücü olmayan, maşında gedən azyaşlı uşaqların, qadınların mənasız yerdə əziyyət çəkməsinə və sürücülərin də Dövlət Yol Polisi (DYP) ilə qarşı-qarşıya gəlməsinə şərait yaradan bu amil aradan götürülməlidir”.

Ç.Qənizadə bunun turizmin inkişafına da problem yaratdığını deyib: “Turist Azərbaycanın hər hansı bir regionuna səfər etmək istəyir, aprelin 30-da sürücü onu xəbərdar edir ki, təhlükəsizlik üçün jalıüzü qaldırmaq olmaz, amma sabah qaldıra bilər. Bu da turistdə çaşqınlıq yardır”.

Deputat deyib ki, hələlik bu istiqamətdə iş aparır, KİV-də vəparlamentdə fikir bildirib, yada salır: “Bu qərar mənasız bir şeydir və dərhal aradan götürülməlidir”.

aia.az



5106 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30