Mobil versiya
İlham Əliyevdən “Azəriqaz” rəhbərliyinə SƏRT XƏBƏRDARLIQ: “İnsanlara problemlər yaradırlar, son qoyulmalıdır”
Tarix: 1-05-2019, 10:50 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

İlham Əliyevdən “Azəriqaz” rəhbərliyinə SƏRT XƏBƏRDARLIQ:


"Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verilib, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin".
Bakupost.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Ölkə başçısı bildirib ki, hazırda qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: "Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək".

İlham Əliyev "Azəriqaz"ı da sərt şəkildə tənqid edib. Dövlət başçısı deyib ki, "Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır: "Mənə məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

aia.az



5156 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930