Mobil versiya
Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq
Tarix: 30-04-2019 | Saat: 10:56
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizm formalaşdırılacaq




Azərbaycanda "Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.

aia.az "Report”-a istinadən xəbər verir ki, bu "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Sənədə əsasən, bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.

Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.

Sənədə əsasən, mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024