Mobil versiya
Şuşa məktəblərində qabaqcıl tədris metodikaları uğurla tətbiq olunur
Tarix: 04-04-2019 | Saat: 12:55
Bölmə:Manşet / Təhsil | çapa göndər

Şuşa məktəblərində qabaqcıl tədris metodikaları uğurla tətbiq olunur


Azərbaycanın rayon və bölgələrində təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır. Diqqətəlayiq haldır ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı məhz regionların payına düşür. O cümlədən ərazisi işğal olunmuş rayonlarda təhsilin inkişafına hər zaman xüsusi həssaslıqla yanaşılır. Belə bölgələrimizdən biri də Şuşa rayonudur.

Uzun illərin təcrübəsi təhsilin inkişafına yönəldilib

Şuşa Rayon Təhsil Şöbəsi 1930-cu ildən fəaliyyət göstərir. Məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq 1992-ci ilin may ayından Bakı şəhərində fəliyyətini davam etdirir. Hazırda şöbədə aparat və Metodik mərkəz fəaliyyət göstərir. Şuşa RTŞ-nin tabeliyində 16 tam orta və 5 ümumi orta təhsil müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsi vardır. Şöbənin müdiri Əməkdar müəllim Təvəkkül Əliyevdir.




Qısa arayış:

Təvəkkül Böyükkişi oğlu Əliyev 1959 cu ildə Şuşa rayonunda anadan olmuşdur. 1981-ci ildə Xankəndi Pedoqoji İnistitunu riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. 1981-1991-ci illərdə Şuşa rayon Şırlan kənd və Şuşa şəhər 3 nömrəli məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Şuşa fakültəsində Baş müəllim, 1991-ci ildən 2008-ci ilədək Şuşa Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifələrində işləmişdir. 2008-ci ildən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə 2011-ci ildə Azərbaycan Respublikasının "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.



Qısa həyat tarixçəsindən də məlum olduğu kimi, Təvəkkül müəllim təhsil sahəsində kifayət qədər təcrübəyə və elmi biliklərə sahib olan peşəkar kadrlardandır. Həmçinin bu da xüsusi qeyd oluna biləcək bir məqamdır ki, RTŞ müdiri rayonun təhsil sisteminin içərisində illər boyunca çalışmış, burada formalaşmış və bu səbəbdən dəbütün müsbət və mənfi cəhətləri bilən, mövcud problemlərə və daxili potensiala yaxından bələd olan mütəxəssisdir. Bütün bu cəhətlər isə, Təvəkkül Əliyevin rəhbərlik etdiyi qurumun fəaliyyətini rayonun təhsil sisteminin inkişafı məqsədilə dövlət tərəfindən qarşıya qoyulmuş vəzifələrin səmərəli icrası istiqamətində düzgün yönləndirməsində mühüm rol oynayır.



Bununla belə etiraf olunmalıdır ki, birbaşa dövlət dəstəyi olmadan, necə deyərlər, sadəcə təşəbbüskarlıq üzərindən yüksək nəticələr əldə etmək mümkün deyil

Dövlət qayğısı təhsilin inkişafını təmin edən əsas amildir



Bu gün milli təhsilə dövlət qayğısının nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşdirilməsi dinamik xətt üzrə inkişaf etmiş, təhsilə ayrılan büdcə vəsaiti xeyli dərəcədə artmışdır. İnkişaf proqramının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Şuşa təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə əhəmiyyətli dövlət tədbirləri həyata keçirilir. Qeyd edək ki, bu məqamlar 2018-ci il iyunun 14-də Şuşa rayonunun tam orta məktəblərində təntənəli şəkildə təşkil olunmuş “Son zəng” tədbirlərində edilən çıxışlarda da vurğulanıb. Həmin çıxışlarda diqqətə çatdırılıb ki, Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, elmli və əsl vətəndaş kimi yetişmələrində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Gənclərimizin dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondu tərəfindən məktəblər əsaslı şəkildə təmir olunur, yeniləri tikilərək şagirdlərin istifadəsinə verilir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin inşası Azərbaycan Respublikasının Birinci vitse–prezidenti Mehriban xanım Əliyevanın təhsilə olan qayğı və diqqətinin bariz nümunəsidir.



Heç şübhəsiz bu gün Şuşada təhsilin inkişafından və əldə olunan uğurlardan danışarkən Rayon təhsil şöbəsinin effektiv fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Rayon ictimaiyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev dövlətimizin Təhsil strategiyasının uğurla həyata keçirilməsi baxımından rəhbərlik etdiyi qurumun fəaliyyətini tamamilə düzgün formada təşkil edib. Əminliklə demək olar ki, bu tədris ilində də Təvəkkül Əliyevin rəhbərliyi altında Şuşa RTŞ-nin fəaliyyətində məktəb idarəetməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, ümumilikdə tədrisin keyfiyyətinin yüksəldilməsi və əlbəttə ki, gənclərimizin milli-vətənpərvər ruhda yetişdirilməsi kimi məsələlər əsas prioritet istiqamətlərdən olacaq



aia.az

Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024