Mobil versiya
Deputatın “Dövlət Reklam Agentliyi ləğv olunmalıdır” tələbinə qarşı tərəf CAVAB VERDİ
Tarix: 12-02-2019, 17:53 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Deputatın “Dövlət Reklam Agentliyi ləğv olunmalıdır” tələbinə qarşı tərəf CAVAB VERDİ


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin müfəttişləri mütəmadi monitorinqlər aparır və qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımının aradan qaldırılması istiqamətində müvafiq addımlar atırlar.


Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən Modern.az-a bildirilib. Qeyd edilib ki, bu işdə ictimai nəzarət də mühüm əhəmiyyət kəsb edir:


“Qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımına rast gələn hər bir vətəndaşdan bu barədə Agentliyin 1412 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Bununla yanaşı bildiririk ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır.

Göründüyü kimi, qanunda əmtəənin özü yox, onun barəsində yayımlanan məlumat reklam kimi təsbit olunub. Eyni zamanda, qanunvericikdə tütün məmulatlarının və spirtli içkilərin ticarət obyektlərinin çöldən görünən hissəsində yerləşdirilməsinə hər hansı məhdudiyyət müəyyən edilməyib”.


Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Dövlət Reklam Agentliyi haqqında iradlarını səsləndirib. Deputat bildirib ki, Bakıda siqaretlər açıq şəkildə reklam olunsa da, bunun qarşısı alınmır:


“Azərbaycan Dövlət Reklam Agentliyi var. Bir dəfə ofisimizin qarşısında (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahını nəzərdə tutur-red.) qarşısındakı mağazaya gəlmişdilər. Soruşdum, nə baş verib?

Dedilər ki, mağazanın şüşələri rənglənməlidir. Çünki içəridəki mallar görünür, bu da reklamdır, ya reklam ödənişi edilməlidir, ya da rənglənməlidir. Necə olur ki, köşklərin qarşısındakı siqaretlər reklam hesab olunmur? Deməli, burada hansısa korrupsiya əlamətləri var. Spirtli içkilərin də reklamı qadağandır, amma mağazalarda ön şüşələrə düzülür. Dövlət Reklam Agentliyi bunların qarşısını almırsa, deməli, rüşvət alır".


Hətta Q.Həsənquliyev hesab edir ki, Dövlət Reklam Agentliyi ləğv olunmalıdır:


"Günlərin birində deputat həmkarlarımızla Fransada idik. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi, ona görə də mağazaya getdik. Bizə bildirdilər ki, siqaret qapalı yerdə saxlanılır, onu açıq yerə qoymuruq. Azərbaycanda siqaret reklamı qadağan olunsa da, buna əməl olunmur. Yəni gənclərin olduğu hər yerdə siqaret təbliğ olunur. Düşünürəm ki, Dövlət Reklam Agentliyi ləğv edilməli, səlahiyyətləri bələdiyyəyə verilməlidir”.

aia.az



5204 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}