Mobil versiya
Bakıda “Bazarstore”a silahlı basqın - Xəsarət alan var
Tarix: 14-01-2019, 11:38 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda “Bazarstore”a silahlı basqın - Xəsarət alan var


"Bazarstore"a basqın olub.

aia.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "Bazarstore" mağazasına daxil olan əli silahlı, maskalı şəxs kassiri ölümlə hədələyərək ondan pul tələb edib. Bu zaman mağazanın müdir müavini Famil Babayev və mühafizəçilər maskalı şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyiblər. Maskalı şəxs F. Babayevin başına tapançanın arxası ilə vuraraq xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


aia.az



5155 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

24-09-2019
23-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30