Mobil versiya
“Xəstəliklərin gedişi dəyişib”
Tarix: 6-12-2018, 13:50 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

“Xəstəliklərin gedişi dəyişib”



Xaləddin Musayev: “Bunların insana hansı bəla gətirdiyindən xəbərimiz olmur”

“20-30 il əvvəl biz appendesitlə bağlı diaqnozu çox rahatlıqla, əlamətlərinə əsasən dəqiq qoyurduq. Hətta buna “tələbə diaqnozu” deyilirdi. İndi isə xəstəliyin simptomları dəyişib”. Tanınmış cərrah, professor, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının 2-ci cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev belə deyir. Həkim bildirir ki, müasir dövrdə xəstəliklərin əlamətləri dəyişib:

-İndi xəstəliklərin gedişi də dəyişib. Yuxarıda qeyd etdiyim kimi, appendisit - kor bağırsaq problemi ilə gələn xəstələrdə əvvəlki dövrə nəzərən simptomların yarısı demək olar fərqli olur.

-Bəs, xəstəliklərin əlamətlərinin dəyişməsi nə ilə əlaqədardır?

-Bu, çox faktordan asılıdır. Məsələn, müasir dövrdə insanların lazım gəldi-gəlmədi antibiotik qəbul edirlr. Səhhətlərinə səhlənkar yanaşırlar. Həkimə ec müraciət edirlər. Yalnız tibbi müdaxiləyə ehtiyac qalanda həimə gedirlər.



-Tez-tez deyirlər ki, bir çox xəstəliklər cavanlaşıb. Bunun kökündə hansı faktorlar dayanır?

-Bu gün geni dəyişdirilmiş qida məhsullarının çoxalması, xüsusilə də gənclərin belə məhsullara meyllənməsi bir çox xəstəliklərə yol açır. Bunlar arasında fast-fud, dönər, şokolad və s. göstərmək olar. Belə qidaların görünüşü adamda iştah yaratsa da, eyfiyyətsizdilər. Bu cür qidalar insanın mədə-bağırsaq traktında ciddi dəyişikliyə səbəb olur.Biz o qidaları qəbul ediirk, amma daxildə törətdikləri bəladan xəbərimiz olmur.

Qeyd edim ki, istənilən xəstəliyin əsasında genetik kod dayanır. Yəni, nəsildə hər hansı bir xəstəlik varsa, bu xəstəlik genetik olaraq nəsildə yayılır. İndi isə gənclər tərəfindən belə qidaların daha çox qəbulu genetik kodla olan xəstəliyin patoloji zəncirin inkişafına səbəb olur. Və müxtəlif xəstəliklərin erkən yaşlarda özünü büruzə verməsinə gətirib çıxarır. Ona görə də bir çox xəstəliklərə səbəb olan mədə-bağırsaq problemlərini önləmək üçün nə yediyimizi diqqət verməliyik

aia.az



5147 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-04-2019
18-04-2019
«    Апрель 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
{sape_links}{sape_article}