Mobil versiya
Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”
Tarix: 20-11-2018 | Saat: 18:02
Bölmə:Gündəm | çapa göndər

Əli Əhmədov: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində böyük islahatlar keçirilir”


"Azərbaycan hökümətinin hədəfi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsini gücləndirməkdir. Hökumətimiz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu hədəflərini dəqiqliklə həyata keçirmək üçün bu layihəni həyata keçirməyi nəzərdə tutublar”

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyiDOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində baş nazirin müaviniƏli Əhmədovdeyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycan hökümətinin başlıca məqsədi insanların rifahını yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insana layiqli həyatın təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir.

"Bütövlükdə dünyamızın 2030-cu ilə qədər dəyişməsini nəzərdə tutan 17 məqsədin qayəsi bundan ibarətdir. İnsanlar daha yaxşı yaşasın, ehtiyacı olanların hər birinə lazımı yardımlar edilsin və heç kim qayğıdan kənar qalmasın. Bu mənada Azərbaycan hökümətinin həyata keçirdiyi siyasəti bu məqsədlərə uyğun gələn və bu məqsədlərdən qaynaqlanan bir fəaliyyət hesab etmək mümkündür. AzərbaycandaƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən görülən işlər insanların həyatının yaxşılaşdırılmasına xidmət edir".

Ə.Əhmədov bildirib ki, son illərdə Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir. "Bu islahatların məqsədi sosial təminata ehtiyacı olanları ehtiyacların daha yaxşı ödənilməsi və onlara göstərilən qayğının şəffaf və səmərəli şəkildə həyata keçirilməsinə xidmət göstərirdi. Güman edirəm ki, bütün işlərin öhdəsindən nazirlik layiqincə gələcək. İslahatlar ardıcıllıqla reallaşdırılacaq. Hədəf əldə edilmiş olacaq.

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) adı alan xidmət ehtiyacı olan insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür".

Onun sözlərinə görə, DOST insanlara lazımı xidmətin göstərilməsi sosial siyasətin qayəsini müəyyənləşdirir. "AzərbaycanınƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyihökümətin hədəflərinə dəqiqliklə müəyyənləşdirmək üçün layihəni düşünüb və uğurla həyata keçiriləcək. Bu layuhənin həyata keçirilməsində məqsəd hökümətin müəyyənləşdirdiyi sosial siyasəti daha da təkmilləşdirmək və insanlara daha yaxşı xidmətin göstərilməsinə nail olmaqdan ibarətdir.

İkincisi bu sahədə şəffaflığın təmin edilməsi ilə əlaqədardır. Üçüncüsü bu sahədə çətin daha yaxşı təşkil olunmasına ehtiyacı olan insanlar çoxluq təşkil edir. Yaşlılar pensiya alanlar, fiziki qüsuru olan insanlar, əlillər- hamısına xidmətin elə şəkildə təmin olunmasına ehtiyac olunmasına ehtiyac var ki, xidməti asanlıqla əldə etsinlər və çətinlik çəkməsinlər. Bu xidmət Azərbaycanda populyarmış Asan xidmətin analoqunu çevrilə biləcək. Qarşıya qoyduğu xidmətləri Asan xidmətdə olan kimi reallaşdıra biləcək. Bu tədbir layihə uğurla həyata keçiriləcək, özünə layiqli yer tuta biləcək və sosial qayğıya ehtiyacı olan insanlara tərəfindən seviləcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024