Mobil versiya
Oktyabrda “Azərişıq”a 26 minə yaxın müraciət edilib
Tarix: 7-11-2018, 10:38 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Oktyabrda “Azərişıq”a 26 minə yaxın müraciət edilib


“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər üzrə əvvəlki aylarla müqayisədə oktyabr ayında edilən müraciətlərin sayında artım müşahidə olunub.



Modern.az xəbər verir ki, oktyabr ayında "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 375 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4159 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 291 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub.



Nəticədə oktryabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 26 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib.



aia.az



5313 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}